İntihar edən amerikalı milyarder ölümündən 2 gün əvvəl vəsiyyətnamə yazıbmış


Digərləri 21 Avq 2019 01:30:00 230 0

İntihar edən amerikalı milyarder ölümündən 2 gün əvvəl vəsiyyətnamə yazıbmış

Amerikalı biznesmen Ceffri Epşteyn intihar etməmişdən iki gün əvvəl vəsiyyətnamə yazıb. Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "New York Post" məhkəmə sənədlərinə istinadən xəbər verib.

Nəşr bildirir ki, Epşteynin ölümündən sonra 600 milyon dollara yaxın sərvəti qalıb. Bu vəsait trast fondunda saxlanılacaq. Sənədin imzalanmasında milyarderin yanında onun vəkillərindən biri - "Korotışka" ləqəbli Hoakin Qusman Loeru olub.

Xatırladaq ki, bir müddət əvvəl C. Epşteyn həbsxanada yatdığı kamerada intihar etmişdi. Belə ki, cinayətləri subut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi. Milyarder onlarla qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illərdə Nyu-York və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub.

(adsgarden = window.adsgarden || []).push({});