İtaliya prezidenti Kontenin istefasını qəbul edib


Digərləri 21 Avq 2019 01:24:00 200 0

İtaliya prezidenti Kontenin istefasını qəbul edib

İtaliya prezidenti Sercio Mattarella çərşənbə axşamı axşam Baş nazir Cüzeppe Kontenin istefasını qəbul edib

Bakı. İtaliya prezidenti Sercio Mattarella çərşənbə axşamı axşam Baş nazir Cüzeppe Kontenin istefasını qəbul edib. Trend-in məlumatına görə, S.Mattarella ona siyasi böhranın başa çatmasına qədər hökumət başçısı vəzifəsini davam etdirməyə dəvət edib. Məlumata görə, avqustun 21-i yerli vaxtla saat 16.00-da dövlət başçısı İtaliya Milli Parlamentinin Deputatlar Palatası və Senatının spikerləri ilə məsləhətləşmələrə başlayacaq.