Xeyirxah insanın 4 nişanəsi


Digərləri 20 Avq 2019 23:45:00 241 0

Xeyirxah insanın 4 nişanəsi

Xeyirxahlığın əksi - həsəd və kindir. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında məqama malik olan insan o kəsdir ki, xeyirxahlıq yolunda xəlq üçün hamıdan daha çox addım atar". (Tebyan)

İslam dini xeyirxahlığa xüsusi əhəmiyyət verir. Müsəlmanları ən xeyirxah insan adlandırır. "Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz". ("Ali-imran" 110).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ən yaxşı insan - insanlar üçün daha faydalı olanıdır".

İmam Səccad (ə) buyurur: "Başqaları üçün xeyir addım at, əgər o, onun əhli olsa, sən həqiqətə çatarsan. Əgər o, onun əhli deyilsə və ona layiqli deyilsə, sən ona layiq olarsan".

Əgər hər birimiz başqasının xeyirxahlığını istəsək, ona çatan xeyirdə biz də şərik olarıq. Yəni, savabında şərik olarıq. Hədislərimiz buyurur ki, hər kim yaxşı işlərdə salehlərin dərəcəsinə çatmazsa, lakin onları sevərsə, Qiyamət günü onlarla məşhur olar. "İnsan o kəslə məşhur olar ki, onu sevir".

Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz necə ki, özünüzün xeyirxahısınız, gərək qardaşınızın da xeyirxahı olasınız".

(adsgarden = window.adsgarden || []).push({});