Kral ailəsi Qrenlandiyanın satılmasına razıdır


Dünya 20 Avq 2019 23:22:00 234 0

Kral ailəsi Qrenlandiyanın satılmasına razıdır

Danimarkanın kral ailəsi ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını almaq təklifinə müsbət yanaşır.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Newsweek" yazıb.

"Adanın alınması təklifi - Qrenlandiya üçün komplimentdir. Yalnız arzulanan torpaqlar belə təklif ala bilər", - deyə kraliça II Marqrettin qardaşı Valdemarın xanımı, şahzadə Antoniya Şaumburq-Lippe bildirib. O əlavə edib ki, adanın satılması qərarını yerli sakinlər özləri verməlidir.

Belə bir fikirlə Antoniyanın oğlu, şahzadə Mario Maks Şaumburq-Lippe də çıxış edib:

"Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, oranın xalıq xoşbəxt olsun. Özləri üçün verəcəkləri ən yaxşı qərarı dəstəkləmək lazımdır".