Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək


Digərləri 20 Avq 2019 23:25:00 184 0

Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək

Rusiyanın Rabitə Nazirliyi, Rospotrebnadzor və Rusiya Akademiyası məktəblərə dərslər zamanı mobil telefondan istifadəni məhdudlaşdırmaq və uşaqların istifadəsinin azaldılması məsələsini həll etməyi tapşırıb.

Son.az medicina.az-a istinadən bildirir ki, dövlət səviyyəsində məktəblərdə müəllim və şagirdlərin məktəb ərazisi və dərs zamanı qadjetlərdən istifadə olunmasını məhdudlaşdırmağı qarşıya məqsəd qoyub.

İlk olaraq məktəb ərazisinə daxil olan kimi mobil cihazların səssiz rejimə salınması tətbiq ediləcək. Daha sonra sinifdə aşkar şəkildə müəllim və şagirdlərin telefondan istifadə, zəng qəbul etməsinin qarşısı alınacaq. Yalnız diabet və digər xəstəliyi olan uşaqlara güzəşt olunacaq. Məktəbdə telefonların saxlanılması üçün xüsusi yerlər ayrılmalıdır.

Telefonların dərslərin qavranılmasına və uşaqların sağlamlığına zərərinin qarşısını almaq üçün yeni dərs ilindən diqqət yetiriləcək. Alimlərin bildirdiyinə görə, mobil telefondan uşaqların 2 saatdan artıq istifadəsi pisixikanı pozur, hiperaktivlik yaradır, təşviş, əsəb pozuntusu, yaddaş zəifliyi və əqli inkişadın zəifləməsinə səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});