Subfebril hərarət: 37, 5 Termometrdəki ən qorxulu rəqəmin sirri


Digərləri 20 Avq 2019 23:08:00 283 0

Subfebril hərarət: 37, 5 Termometrdəki ən qorxulu rəqəmin sirri

Subfebril hərarət termometrdə bədən temperaturunun 37,2- 37,5 arasında göstəricisidir.

Sağlam insanın hərarəti normada 36-36,5 aralığında olmalıdır. Amma bəzi səbəblərdən 37-ə qalxa bilər. Əgər ara-sıra bu hərarət görülürsə, narahat olmağa dəyməz. Yox əgər qolaltı ölçmədə subfebril hərarət 1 həftə və daha artıq müddət müşahidə olunusa, bu sizdə ciddi bir simptomların göstəricisi ola bilər. Adətən həkimləri də bu rəqəmlər narahat edir. Çünki ən ağır onkoloji xəstəliklər, leykozda adətən bu rəqəm görülür. Amma dərhal belə dianozu da düşünmək olmaz. Çünki subfebril hərarət müxtəlif infeksiya, virus və daxili xəstəliklərdə, hormonal dəyişikliklərdə də yaranır

Son.az medicina.az-a istinadən 37,5 subfebril hərarətin uzun müddətli yaranmasının səbəblərini təqdim edir

1. Qrip, respirator infeksiyalar

Ola bilər virus elə də ciddi əlamətlər verməsin, boğazda, burunda axıntı olmasın, lakin subfebril hərarət olsun. Bu, orqanizmin virusla mübarizəsini göstərir. Belə olan halda 3-4 gündən artıq bu hərarət dacam etmir.

2.Sidik yollarının infeksiyası

Yanma, tez-tez sidiyə getmə, az sidik və ağrı sidik yolları, sidik kisəsi, hətta böyrəklərin infeksiyasının göstəricisi ola bilər

3.Vərəm

Məhz bu hərarət zəiflik, tərləmə, arıqlama ilə özünü vərəm xəstəliyinin başlanğıcında göstərir. 1 aydan artıqdır termometr 37,5-i göstərirsə, rentgenə gedin

4.Dəmir defisitli anemiya

Qanazlığı bədəndə termotənzimləyici sistemi də pozur. Ona görə yüngül istilik baş verir. Bunu təyin etmək üçün qan analizi verin.

(adsgarden = window.adsgarden || []).push({});