Beş şeyin qədrini beş şeydən əvvəl bil


Digərləri 20 Avq 2019 22:55:00 278 0

Beş şeyin qədrini beş şeydən əvvəl bil

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "İki nemət vardır ki, insanların əksər hissəsi onda ziyan edirlər: salamatlıq və boş vaxt.

Ey Əbazər! Beş şeyin qədrini beş şeydən əvvəl bil:

1. Cavanlığın qədrini qocalıqdan əvvəl.

2. Sağlamlığını xəstəlikdən əvvəl.

3. Zənginliyi yoxsulluqdan əvvəl.

4. Boş vaxtını məşğuliyyətdən əvvəl.

5. Həyatını ölüm yetişməzdən əvvəl.

Məbada öz vəzifəni gələcəyə ümid bəsləyərək, təxirə salasan. Sənin bu günün vardır, sabahından isə xəbərin yoxdur.

Ey Əbazər! Nə zaman sübhə daxil olursan - sağ qalacağın ümidinə malik olma və nə zaman gecədəsən - özünə səhərə qədər sağ qalacağın vədəni vermə.

Sağlamlığından xəstə olmazdan əvvəl istifadə et!".

Cavanlıq - insan həyatının ən ən gözəl çağıdır. Gələcəyini quracağı dövrdür. Həyatını əvvəldən necə tənzim etsə, gələcəkdə də o cür yaşayacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});