Firon Həzrət Musaya (ə) niyə iman gətirmədi?


Digərləri 20 Avq 2019 22:40:00 243 0

Firon Həzrət Musaya (ə) niyə iman gətirmədi?

"Buna görə də dedilər: "Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?"". ("Muminun" 47).

Hər bir cahil dövrdə olduğu kimi, peyğəmbərlərin gəlişi hakimiyyət başında dayanan insanlar üçün narahatlıq və nigaranlıq mənbəyi olmuşdur. Bacardıqları qədər onları alçaltmağa və insanların gözündən salmağa çalışmışdılar. Bu cür hadisələrdən biri də Fironun zamanında baş vermişdi. Elə ki, Allah Təala Həzrət Musanı (ə) Öz peyğəmbəri olaraq seçir və Harunu onun vəsisi elan edir, Firon bu həqiqəti qəbul edə bilmir. O, deyir: "Axı necə ola bilər ki, mənə qul olan bu iki insan məndən uca məqamda dayansınlar?".

Bu hegemonların əsil səhvləri onda olmuşdur ki, özlərini İlahi insanlarla müqayisə etmək cürətinə malik olmuşdular. Zahirən eyni göründükləri üçün, belə hesab etmişdilər ki, batində də eyni cürdürlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, İlahi insanları inkar edənlərin aqibəti.

"Beləliklə o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular". ("Muminun" 48).

Əlbəttə, burada həlakət deyildikdə, Fironla yanaşı, Musanı (ə) inkar edən Misir camaatı da nəzərdə tutulur.

O kəslər ki, Musa (ə) və Haruna iman gətirirlər, onlar Bəni-İsrayil qövmü olur. Musa (ə) da onları Fironun zülmündən xilas etmək üçün səy göstərir və onları Misirdən çıxartmağa müvəffəq olur.

(adsgarden = window.adsgarden || []).push({});