Böyük Britaniya qızılcaya qalib gələn ölkələr siyahısından çıxarıldı


Digərləri 20 Avq 2019 22:25:00 213 0

Böyük Britaniya qızılcaya qalib gələn ölkələr siyahısından çıxarıldı

Dünya Səhiyyə Təşkilatı Böyük Britaniyanı qızılcaya qalib gələn ölkələrin siyahısından çıxarıb.

Son.az medicina.az-a istinadən bildirir ki, bu yoluxucu xəstəlikdən qorunmağa MMR vaksini kömək edir: iynənin biri uşağa bir yaşı tamam olanda, digəri isə məktəbə getməzdən əvvəl vurulur. Lakin britaniyalı uşaqların zəruri olan 95 faizə qarşı yalnız 87 faizi vaksinin ikinci dozasını alır. İngiltərədə hər yeddi uşaqdan biri tam immunizasiya mərhələsini keçmir. Şotlandiya, Uels və Şimali İrlandiyada vəziyyət bir az yaxşıdır, lakin lazımi səviyyəyə çatmır.

Böyük Britaniyada qızılca problemini cəmi üç il bundan əvvəl həll ediblər. Lakin azalan immunizasiya fonunda qızılca yenidən qayıdıb: 2019-cu ilin birinci rübündə xəstəliyə yoluxmanın 231 halı klinik olaraq təsdiqlənib.

Böyük Britaniyanın Baş Naziri Boris Conson britaniyalıların qızılcadan müdafiə olunmaları üçün təxirəsalınmaz tədbirlərin görülməsinə sərəncam verib.

(adsgarden = window.adsgarden || []).push({});