Gərginlik müharibəyə keçdi Ölənlər var,


Dünya 20 Avq 2019 22:28:00 234 0

Gərginlik müharibəyə keçdi  Ölənlər var,

Kəşmirdə nəzarət xəttində baş verən qarşıdurmada biri zabit olmaqla, 6 hind əsgəri öldürülüb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Pakistan Silahlı Qüvvələrinin sözçüsü Asif Gafur bildirib.

O, Hindistan tərəfindən atəşkəs rejiminin pozulmasına cavab verildiyini açıqlayıb. Asif Gafur iki sığınacağın məhv edildiyini qeyd edib.

Hindistan iddialara hələ cavab verməyib.

Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.