UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər


Digərləri 20 Avq 2019 22:19:30 192 0

UEFA Avro-2020 fristaylerlərini azarkeşlər seçirlər

İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir

Bakı. İctimaiyyət turnirin 12 ev sahibi şəhərinin hər birini təmsil etmələri üçün sevimli fristaylerlərinə səs verir. Belə ki, azarkeşlər məşqçi olaraq UEFA AVRO 2020-də ölkələrini təmsil edəcək insanları seçmək şansı qazanıb. Trend-in məlumatına görə, Avropada ən orijinal və yaradıcı, sərbəst, küçə və panna futbolu üzrə peşəkarları axtarıb tapmaq üçün təşkil olunan “Növbə sənindir” istedad yarışması 12 ev sahibi şəhərin hər birindən 2 şanslı qalibə UEFA Avropa Çempionatının 60-cı ildönümündə UEFA AVRO 2020 fristaylerləri kimi iştirak etmək imkanını bəxş edəcək. UEFA AVRO 2020-nin rəsmi fristaylerləri və çox sayda dünya rekordçuları olan Liv Kuk və Tobias Beks hər bir ölkədə yüzlərlə videoqeydlər arasından qısa siyahı hazırlamış və sevimli bacarıq sahiblərini seçməyi artıq azarkeşlərin öhdəsinə buraxıblar.