Çəkidə aldadanları Allah necə cəzalandırdı?


Digərləri 20 Avq 2019 21:55:00 188 0

Çəkidə aldadanları Allah necə cəzalandırdı?

"Və həqiqətən "Əykə"nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi". ("Hicr" 78).

"Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmud, Lutun qövmü və Əykə əhli (Şüeybin qarğı sahibləri olan qövmü təkzib etdi). (Bizimlə və Bizim peyğəmbərimizlə vuruşan) həmin dəstələr onlar idi. Onların hamısı Bizim peyğəmbərlərimizi təkzib etdilər. Beləliklə (onlar barəsində) Mənim cəzam gerçəkləşdi". ("Sad" 13-14).

Əykənin mənası nədir?

Son.az deyerler.org-a istinadən bildirir ki, "Əykə" - "ağac" mənasındadır. Qurani-Kərim Əykə əhalisini Şuəyb peyğəmbərin ümməti adlandırmışdır. ""Əykə" camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi. O zaman Şüeyb onlara dedi: "(küfr və şirkinizdən) çəkinmirsinizmi?!". "Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm". ("Şuəra" 176-178).

Onları ona görə Əykə adlandırmışdılar ki, çoxlu meyvə ağacının olduğu diyarda yaşayırdılar və ya ağaca pərəstiş edirdilər. (Tebyan)

Bu qövmün ən böyük günahı o idi ki, insanları çəkidə aldadırdılar. Şuəyb onları düzgün çəkiyə dəvət edir və bu işin fəsad və günah olduğunu onlara xəbərdarlıq edirdi. "(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın". "Düzgün tərəzi ilə çəkin". "İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin". ("Şuəra" 181-183).

(adsgarden = window.adsgarden || []).push({});