Lut qövmü əzabı öz diliylə istədi


Digərləri 20 Avq 2019 21:40:00 207 0

Lut qövmü əzabı öz diliylə istədi

Quran elə səma kitabıdır ki, həm səhrada yaşayan ərəblərdən söz açmışdır və həm də keçmiş qövmlərin başına gələn hadisələrdən. Əgər Qurani-Kərim Ad, Səmud, Lut qövmündən bəhs edirsə, bu dastanların əxlaqi fəlsəfəsi vardır. Allah Təala keçmiş qövmlərin rəzil sifətlərinə görə necə cəzalandıqlarını indiki insanlara çatdırır və onları ibrət götürməyə dəvət edir.

Lutun qövmü elə insanlar idilər ki, rifah içində yaşayırdılar. Ancaq paxıllıq və həsəd onlara rahatlıq vermirdi. Onların Fələstinin şimalında və Şam ətraflarında geniş şəhərləri var idi.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar öz atalarının dininə əqidə bəsləyir və bu əqidələrini dəyişmək istəmirdilər. "Onlar pis bir iş gördükləri zaman "atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir" deyərlər. De: "Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?"". ("Əraf" 28).

"Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: "Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!"

"(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu, yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!".

Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: "Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!"". ("Ənkəbut" 28-29).

Təbərsi nəql edir: "Onların məclisləri qəbahətli işlərlə məşğul idi. Söyüş söyür, qumar oynayır, bir-birinə tərəf daş atır və çox çirkin işlərlə məşğul olurdular".

(adsgarden = window.adsgarden || []).push({});