Bu günahdan hətta şeytan da iyrənir


Digərləri 20 Avq 2019 21:20:00 209 0

Bu günahdan hətta şeytan da iyrənir

Töhmət vurmaq və böhtan atmaq - o qədər çirkin sifətlərdir ki, hətta şeytan (lən) belə bu cür insanlardan qaçır. Halbuki, şeytan həmişə insanların rəzil işləri görməsindən sevinir. Ancaq bəzi əməllər o qədər çirkindir ki, hətta şeytan belə onun ağırlığını hiss edib, ondan uzaq olmağa çalışır.

Töhmət və böhtanın ziyanları:

1. Töhmət və böhtan insan mənəviyyatına təsir edər.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, mömin, mömin qardaşına töhmət vurar - iman onun qəlbində əriyər. Necə ki, duz suda əriyər".

2. İnsan rabitələrinə mənfi təsir edər.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, din qardaşına töhmət vurar, onların aralarında hörmət qalmaz".

(adsgarden = window.adsgarden || []).push({});