Xüsusi süni süd qarışıqları


Digərləri 20 Avq 2019 21:05:00 209 0

Xüsusi süni süd qarışıqları

Bəzi hallarda adi adaptasiya olunmuş qidalar uşaq orqanizminə uyğun gəlmir və bu halda həkim ona müalicəvi süni süd qarışığı təyin edir.

Müalicəvi süd qarışığı yalnız uşağı nəzarətdə saxlayan pediatr tərəfindən və yalnız buna ciddi göstəriş olduğu halda təyin oluna bilər. Bu zaman həkim həmçinin, müalicəvi qidanın həcmini və onun qəbul edilməsi müddətini də müəyyən edir.

- Laktoz çatışmazlığı zamanı (laktozanı parçalayan fermentin defisiti) onun ağırlıq dərəcəsindən asılı olaraq azlaktozlu və ya laktozsuz süd qarışıqlarından biri təyin olunur.

- Ana südü və ya inək südünün tərkibində olan zülala qarşı allergiya olduğu zaman, pediatr uşağa, keçi südü əsasında hazırlanan süd qarışığı təyin edə bilər. Əgər uşaqda, istənilən heyvani zülala qarşı allergiya olarsa, bu halda ona, tərkibində heyvani zülal olmayan, soya əsaslı süni süd qarışığı təyin edilir.

Uşaqda heyvanı zülallara olan allergiya zamanı xüsusi süni süd qarışıqları da istifadə olunur ki, bu qarışıqların tərkibində olan inək südü zülalları daha kiçik hissələrə parçalanmış haldadır. Uşağın immun sistemi belə parçalanmış zülalları "yad" zülallar kimi qəbul etmir. Bu səbəbdən, belə süd qarışıqları da uşaqlarda allergiyaya səbəb olmur.

- Seliakiyası olan uşaqlar üçün xüsusi qlyutensiz süd qarışıqları istehsal olunur. Seliakiya - uşaqlarda, onların doğulduğu andan etibarən mövcud olan, həzm sisitemi tərəfindən qlyuten zülalının (buğda, yulaf, çovdar və arpanın tərkibində olan zülal) tam parçalanmasını təmin edən fermentin çatışmazlığıdır.

(adsgarden = window.adsgarden || []).push({});