Ömər əlBəşir məhkəməyə çıxarılıb


Dünya 20 Avq 2019 20:13:00 247 0

Ömər əlBəşir məhkəməyə çıxarılıb

Xartumda Sudanın sabiq prezidenti Ömər Əl-Bəşirin korruspiya ittihamları üzrə məhkəməsi davam edir. O, dörd ay öncə ordu tərəfindən vəzifədən devrilib.

Bəşir bazar ertəsi məhkəmə zalına mühafizəçilər tərəfidən gətirilib. Orada bir detektiv ifadə verərkən bildirib ki, Bəşir müstəntiqlərə Səudiyyə Ərəbistanından milyonlarla dollar nağd pul aldığını etiraf edib.

Ötən ay 30 illik hakimiyyətdən sonra devrilən Bəşir qanunsuz xarici valyutaya sahib olmaq və qeyri-qanuni şəkildə hədiyyələr almaqda ittiham olunur.

Xartumun bir çox sakini məhkəmə prosesindən razı deyil. Bəziləri Amerikanın Səsinə bildirib ki, Bəşir ilk öncə soyqırım və insan öldürmək ittihamlarına görə məhkəmə qarşısına çıxarılmalıdır.

Beynəlxalq Cinayət Məhkəməsi sabiq prezidentə qarşı Sudanın Darfur regionunda uzun müddət davam edən müharibə zamanı müharibə cinayəti, insanlığa qarşı cinayətlər və soyqırım törətmək ittihamları irəli sürüb.