İnsanlığın ölçü tərəzisi nədir?


Digərləri 20 Avq 2019 20:10:00 417 0

İnsanlığın ölçü tərəzisi nədir?

Hər bir şeyin çəkisi vardır və bu yolla onun keyfiyyəti və kəmiyyəti ölçülər. İnsanın yaxşı və pis insan olmasını ölçən tərəzi - təqvadır.

Qurani-Kərim buyurur: "Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır". ("Hucurat" 13).

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala bu ölçü vahidi olan təqvanı insanlara öyrətmək üçün Yer üzərinə peyğəmbərlərini və vəsilərini göndərir. Axırıncı Peyğəmbər (s) öz vəsisi olan Əmirəl-möminini (ə) haqqı ölçmək meyarı adlandırmışdır. Həzrət (s) buyurur: "Əli (ə) haqladır və haqq da onunladır". Yəni, o zamana qədər ki, İmam Əlinin (ə) sözləri bizim üçün haqq olar, haqq yolunda gedərik.

O şəxs ki, oğurluq edər və insanlara əziyyət verər - adətən cəmiyyəti özünə örnək götürər. Bu insan din və Məsumlardan (ə) ibrət almaz, onları görməməzliyə vurar. Ancaq İmam Əli (ə) buyurur ki, hər kəs bu dünyada haqqı tanımağa çalışmalıdır. Sonra da onu özünə örnək götürməlidir. İmam (ə) buyurur: "Həqiqətən, Allahın dini insanların əməli ilə tanınmaz, haqqın nişanəsi ilə tanınar. Ona görə də haqqı tanı ki, əhlini də tanıyasan". O kəs ki, haqqı tanıyar, insanları haqla ölçər.

Cəməl döyüşündə İmamın (ə) tərəfdaşlarından olan Haris ibni Hut Həzrətə (ə) Təlhə, Zubeyr və digərləri ilə bağlı sual verir ki, görəsən onlar nahaqdırlarmı? Həzrət (ə) cavabında buyurur: "Ey Haris! Sən ayağının altına baxmısan, yuxarıya baxmamısan. Ona görə də sərgərdansan. Sən haqqı tanımamısan ki, əhlini də tanıyasan, batili də tanımamısan ki, əhlini də tanıyasan".

(adsgarden = window.adsgarden || []).push({});