Qatil erməni generalı həbsdə qaldı


Dünya 20 Avq 2019 19:01:00 259 0

Qatil erməni generalı həbsdə qaldı

İrəvan məhkəməsi Ermənistan Müdafiə nazirinin eks-müavini general-leytenant Manvel Qriqoryanı həbsdə saxlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmə Qriqoryanın vəkilinin onun haqqında seçilən həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, onun vəsatəti təmin edilməyib.

Qeyd edək ki, Qriqoryna 2018-ci ildən həbsdədir. O, dövlət əmlakının mənimsənilməsi və vergi yayınmalarında ittiham olunur.

Onun bir sıra gizli qətllərin sifarişçisi olduğu deyilir.