Avtobusu girov götürən şəxs güllələndi,


Dünya 20 Avq 2019 18:39:00 264 0

Avtobusu girov götürən şəxs güllələndi,

Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, 31 nəfəri 3 saat avtobusda girov saxladıqdan sonra cinayətkar snayperlə neytrallaşdırılıb. O, aldığı xəsarətdən ölüb.

Avtobusda 31 nəfər olub. Onlar 3 saat girovluqda qalıb. Girovların vəziyyəti barədə məlumat verilmir. İnsident yerinə bir neçə təcili yardım avtomobili gəlib.

Qeyd edək ki, səhər saatlarında silahlı və maskalı şəxs körpünün üzərində sərnişin avtobusunu saxlayaraq nəqliyyat vasitəsini yandıracağı ilə hədələyib.