Tovuzda qəzaya düşən kənd sakini xəstəxanada ölüb


Digərləri 20 Avq 2019 18:32:57 216 0

Tovuzda qəzaya düşən kənd sakini xəstəxanada ölüb

Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Tovuz rayonunun Abulbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 19-da saat 23 radələrində Tovuz rayonunun Abulbəyli kəndi ərazisində Aşağı Öysüzlü kənd sakini N.Namazlı idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Murad Səmədov xəstəxanaya yerləşdirilib və orada ölüb.