İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib


Dünya 20 Avq 2019 17:54:00 204 0

İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib

İranın heç bir limanı, o cümlədən Buşehr və Çabahar limanları Rusiya və ya Hindistana verilməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran, Hindistan və Əfqanıstan arasında Çabahar limanı haqda müqavilə imzalanıb.

Hökümət rəsmisi əlavə edib ki, bu müqavilə əslində Hindistanla olan müqavilədir:

"Hindistanın bir şirkəti Şəhid Behişti limanının 5 fazasının 1-ci fazasını 10 il müddətinə istismar və idarə edəcək. Hindistan şirkəti limanın 1-ci fazasında 185 milyon dollar yatırım edəcək. Bu, limanın tam şəkildə hər hansı ölkəyə verilməsi mənasında deyil".