İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib


Digərləri 20 Avq 2019 17:41:00 176 0

İcra Hakimiyyəti: Qubada taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Bakı. Samir Əli - Quba rayonunun Alpan kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb. Bu barədə Trend-ə açıqlamasında Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində yanğın yaxınlıqdakı alma bağlarının ərazisinə keçib: "Bu ərazidə sovet dövründən qalan alma ağacları var, yəni sahibkarlıq subyekti deyil. Həmin yerdə 30-40 sot alma ağacları olan ərazidə quru ot yanıb. Yanğın tam söndürülüb və heç kimə ziyan dəyməyib".