Babək prospektində yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 20 Avq 2019 17:32:00 142 0

Babək prospektində yolu keçən piyadanı avtomobil vurub öldürdü

Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub.

Bakı. Samir Əli - Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub. Bu barədə Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. Nəticədə piyada hadisə yerində ölüb.