Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub


Digərləri 20 Avq 2019 17:19:11 199 0

Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub

Qobuda silahlı münaqişəyə cəhd edən şəxs tutulub

Bakı. Samir Əli - Avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.