Juventus-un baş məşqçisinin səhhətində problem yarandı


İdman 20 Avq 2019 15:57:00 233 0

Juventus-un baş məşqçisinin səhhətində problem yarandı

Juventus komandasının baş məşqçisi Mauritsio Sarrinin səhhətində problem yaranıb.

Goal.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisə sətəlcəm diaqnozu qoyulub. Həkimlər tərəfindən xüsusi müalicə təyin edilən Sarri bir müddət komandaya rəhbərlik edə bilməyəcək.

Juventus avqustun 24-də İtaliya A seriyasının I turunda Parma-nın qonağı olacaq.

Qeyd edək ki, ötən mövsüm Sarrinin baş məşqçisi olduğu İngiltərənin Chelsea komandası Bakı Olimpiya Stadionunda baş tutan Avropa Liqasının finalında London Arsenal-ını 4:1 hesabı ilə məğlub edib. O, 2 ay öncə Juventus-la 2022-ci ilin yayına qədər müqavilə bağlayıb.