Azərbaycanın yeniyetmə tennisçiləri Avropa turnirində yüksək nəticələr göstəriblər (FOTO)


Digərləri 20 Avq 2019 16:04:40 173 0

Azərbaycanın yeniyetmə tennisçiləri Avropa turnirində yüksək nəticələr göstəriblər (FOTO)

Stolüstü tennis üzrə minikadetlər arasında keçirilən turnirdə və təlim-məşq toplanışında milli komandamız ölkəmizi uğurla təmsil edib.

Bakı. 13-20 avqust 2019-cu il tarixlərində Macarıstanın Kişkunfeledhaza şəhərində stolüstü tennis üzrə minikadetlər arasında keçirilən turnirdə və təlim-məşq toplanışında milli komandamız ölkəmizi uğurla təmsil edib. Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxlaq Stolüstü Tennis Federasiyasının “Avrotalant” layihəsi çərçivəsində keçirilən turnirdə Azərbaycanın yeniyetmələrdən ibarət yığması 3 oğlan və 3 qız idmançı ilə təmsil olunub. Qızlar qrup mərhələlərində yüksək xal qazanaraq turnirin ilk dördlüyündə qərarlaşıblar. Belə ki, Nürmətova Mərziyyə turnirin ikincisi, Əsgərova Aylin üçüncüsü, Aslanova Arzu isə dördüncüsü olub. Oğlanlardan ibarət komandanın üzvləri Eylazov Hüseyn 5-ci, Əhmədzadə Adil isə 6-cı yerə layiq görülüblər.