Nazarbayev oxuduğu mahnıya klip çəkdirdi


Dünya 20 Avq 2019 15:44:00 241 0

Nazarbayev oxuduğu mahnıya klip çəkdirdi

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev ölkəsi haqqında mahnı oxuyaraq klip çəkdirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, videonu eks-liderin mətbuat xidməti öz instaqramında paylaşıb.

Klipdə dağlıq ərazidə gəzərək mahnı ifa edən Nazarbayev heç bir ölkənin Qazaxıstan torpaqları ilə müqayisə olunmadığını deyir.

Sözügedən bəstənin sözləri Nazarbayevə, musiqisi isə Altınbek Korazbayevə məxsusdur.

(adsgarden = window.adsgarden || []).push({});