Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək


Digərləri 20 Avq 2019 15:08:57 235 0

Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Fransanın “Suez Group” şirkəti Azərbaycanın neft-qaz sahəsində suyun təmizliyi ilə məşğul olacaq

Bakı. Ləman Zeynalova - Fransanın “Suez Group” şirkəti Azərbaycanın neft-qaz sahəsində suyun təmizliyi ilə məşğul olacaq. Bu barədə Trend-ə şirkətdən bildiriblər. Qeyd edilib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edəcək: “Biz yerli tərəfdaşımız olan NOBEL OIL şirkəti ilə birgə müəssisənin yaradılması üzrə anlaşma memorandumu ilə bağlı danışıqlar aparırıq. Bu müəssisə Azərbaycanda və qonşu ölkələrdə neft-qaz sahəsində suyun təmizlənməsi üçün kimyəvi məhsulların istehsalına imkan yaradacaq”. Qeyd edək ki, “Suez Group” beş qitədə öz müştərilərinə resursların daha səmərəli və dayanıqlı idarə olunması üzrə xidmətlər göstərir.