Yeni tələblərə cavab verən kassalar ilə xidmətinizdəyik!


Digərləri 20 Avq 2019 14:29:18 183 0

Yeni tələblərə cavab verən kassalar ilə xidmətinizdəyik!

PAŞA Bank yeni nəsil kassa aparatı - SMART Kassanı təqdim edir.

Bakı. Azərbaycan Respublikasının Vergi Məcəlləsində baş verəcək dəyişiklikləri və bununla bağlı Azərbaycan bazarında mövcud olan kassa aparatlarının dəyişdirilməsi zərurətini nəzərə alaraq PAŞA Bank yeni nəsil kassa aparatı - SMART Kassanı təqdim edir. Yeni kassa aparatı özündə üç funksiyanı birləşdirir: - Proqram təminatlı kassa aparatı - Quraşdırılmış çek printeri - Quraşdırılmış POS terminal SMART Kassa aparatının üstünlükləri: - Android ƏS bazasında 5.5" sensor ekranlı yığcam aparat - İnternet və mühasibat uçotunun informasiya sisteminə qoşulma - Nağd və nağdsız ödənişlərin rahat qəbulu SMART Kassa aparatını indi alaraq siz həm plastik kart qəbulu, həm də nağd pul qəbuluna imkan yaradan innovativ terminal əldə edirsiniz və AR Vergi Məcəlləsinə yaxın gələcəkdə ediləcək dəyişikliklərə hazır olursunuz. Yeniliklər bizimlə xoş gəlir!