Füzulidə top mərmisi tapılıb (FOTO)


Digərləri 20 Avq 2019 14:17:39 175 0

Füzulidə top mərmisi tapılıb (FOTO)

Füzulidə top mərmisi tapılıb

Bakı. Füzulidə top mərmisi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Trend-ə verilən məlumata görə, avqustun 19-da saat 20:42-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:48-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Haramı düzü ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Havanın qaranlıq olmasına və məlumat verən şəxsin qeyd olunan ərazidə olmadığına görə Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları 2019-cu il 20 avqust tarixində qeyd olunmuş əraziyə göndərilib. Müəyyən olunub ki, məlumatlarda qeyd olunan ərazi Füzuli rayonunun Alxanlı kəndi ərazisidir. Agentliyin mütəxəssisləri və Füzuli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (3BK-5M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.