Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb


Digərləri 20 Avq 2019 14:03:45 186 0

Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.