Soldado La Liqanın tarixinə düşdü


İdman 20 Avq 2019 13:14:00 282 0

Soldado La Liqanın tarixinə düşdü

Granada klubu İspaniya La Liqasının ilk turunda Villarreal-la qarşılaşıb.

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, 4:4 hesabıyla başa çatan qarşılaşmada bir qol vuran Granada-nın futbolçusu Roberto Soldado yeni uğura imza atıb.

Komandasının 3-cü qolunun müəllifi olan hücumçu, İspaniya La Liqasında 6 fərqli komanda ilə qol vurmağı bacaran ilk futbolçu olub.

Soldado, Granada-dan əvvəl İspaniyada Real, Valencia, Getafe, Osasuna və Villarreal klublarında forma geyinib.