672 bal toplayan abituriyent ADU-nu seçib


Digərləri 20 Avq 2019 13:15:00 166 0

672 bal toplayan abituriyent ADU-nu seçib

2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Ləman Ağazadədir.

Bakı. 2019-2020-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərdən biri də Ləman Ağazadədir. Bakı şəhəri 318 saylı tam orta məktəbi fərqlənmə ilə bitirən L.Ağazadə qəbul imtahanlarında 672 bal toplayıb. Göstərdiyi nəticəyə uyğun olaraq o, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olub. Trend-in məlumatına görə, L.Ağazadə ADU-nu seçməsini universitetin geniş beynəlxalq əlaqələrə malik olması ilə izah edib. O, Koreya dili ixtisasını daha çox iş imkanları yaratdığı üçün seçdiyini bildirib.