Qonşu ölkədə böyük narkomafiya zərərsizləşdirildi


Dünya 20 Avq 2019 13:09:00 211 0

Qonşu ölkədə böyük narkomafiya zərərsizləşdirildi

"İranın cənubunda Hörmüzqan vilayətində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan silahlı mafiya zərərsizləşdirilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təhlükəsizlik Nazirliyi bəyan edib.

Məlumata görə, mafiya qonşu ölkələrdən birindən dəniz vasitəsilə gətirdiyi narkotik maddələrin böyük hissəsini İranda paylayır, qalanını isə tranzit edirmiş:

"Bu mafiyanın maliyyə dövriyyəsi 10 trilyon rialdan (rəsmi məzənnə ilə 238 milyon dollar, qara bazar məzənnəsi ilə 85,4 milyon dollar) çox olub".

İranın Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyatda mafiyanın əsas üzvləri saxlanılıblar. Onların üzərindən müəyyən miqdarda nağd pul, avtomobil, zinət əşyaları aşkarlanıb.