Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü


Digərləri 20 Avq 2019 12:54:00 191 0

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

Bakıda metroda problem yaranıb.

Bakı. Samir Əli - Bakıda metroda problem yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün saat 10:55 radələrində metronun "Sahil" stansiyasında baş verib. Onun sözlərinə görə, metropolitenə gələn elektrik xəttində gərginlik qəfil düşdüyündən stansiyanın eskalatorları və işıqlandırma sistemi dayanıb. Təxminən 3 dəqiqə ərzində problem aradan qaldırılıb.