Şəhərin mərkəzində “Range Rover” “Tesla” ilə toqquşdu:


Dünya 20 Avq 2019 12:49:00 263 0

Şəhərin mərkəzində “Range Rover” “Tesla” ilə toqquşdu:

Ukraynanın Kiyev şəhərinin mərkəzində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasında 3 piyada yaralanıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Saksaqansk ilə Lev Tolstoy küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, "Range Rover"in sürücüsü bir neçə avtomobilə çırpıldıqdan sonra piyada keçidinə tərəf istiqamət alıb. Bundan sonra "Range Rover" daha bir maşınla toqquşub, qəzanın zərbindən avtomobil idarəetmədən çıxaraq piyadaları vurub.

Nəticədə "Tesla"nın sürücüsü və 3 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Xəbərə aid fotolar