Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu


Digərləri 20 Avq 2019 11:39:28 168 0

Attestatı olmayan abituriyent ADU-nun tələbəsi oldu

Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb.

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb. Trend-in məlumatına görə, universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlər zəminində təhsil hüququndan məhrum edilməsindən danışıb. Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma Tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə haqqı yoxdur: “Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bilet götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”. O.Bağızadə attestat olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Onlar tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə ediblər. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Adları sadalanan şəxslərin yardımı ilə attestatsız şəkildə ali təhsil müəssisəsinin tələbəsi adını qazanan O.Bağızadə ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirib.