Bakıda maşın sürüşdü, yolu süpürən işçini vurub öldürdü


Digərləri 20 Avq 2019 11:31:00 193 0

Bakıda maşın sürüşdü, yolu süpürən işçini vurub öldürdü

Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində (Mərkəzi Nəbatat bağı) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Avtosfer.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfil sürüşür. İdarətetməni itirərək yolun ortasındakı səkidə dayanmış kommunal işçisini vuraraq öldürür.

Zərbənin gücündən piyada yolun əks tərəfində düşür. Maşın da bir neçə dəfə çevrilərək dayanır.

Qeyd edək ki, hadisə bir müddət əvvəl baş verib.