"Yanğın olsa, arvadımdan əvvəl onu xilas edərəm"


Digərləri 20 Avq 2019 09:15:00 214 0

"Yanğın olsa, arvadımdan əvvəl onu xilas edərəm"

Hollivudun örnək cütlüklərindən hesab edilən Rayan Reynoldsla Bleyk Lavli bir hədiyyə ilə gündəmdədir.

Son.az axşam.az-a istinadən bildirir ki, aktyor xanımının ona hədiyyə etdiyi tablonu sosial şəbəkədə paylaşıb. Sənət əsərində yanında it olan bir uşaq qəzet satarkən təsvir edilib.

"Şəkildəki ev mənim uşaqlıqda yaşadığım evdir. Ailəmlə orada illərimiz keçib. Artıq həmin ev yoxdur. Ancaq hər zaman mənim xatirəmdədir" deyə, o paylaşımda yazıb.

Rəsm əsərinin həyat yoldaşı tərəfindən verilən ən dəyərli hədiyyə olduğunu vurğulayan Reynolds "Evdə yanğın çıxsa ilk onu xilas edəcəyəm. Arvadım üçün sonra geri qayıdaram" deyə, zarafatyana qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});