Meksikada silahlı hücum:


Dünya 20 Avq 2019 09:19:00 273 0

Meksikada silahlı hücum:

Meksikanın Samora şəhərində (Miçoakan ştatı) naməlum silahlılar bir qrup insana hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, insident nəticəsində 6 nəfər həlak olub. Onlardan 4-ü kişi, 2-si isə qadın olub.

Bildirilir ki, hücum baş verən rayonda bir neçə cinayətkar qruplaşma ərazi üzərində nəzarəti səbəbindən mübarizə aparır.