Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb


Dünya 20 Avq 2019 09:06:00 231 0

Yaponiyada bir həftə ərzində 7 nəfər istidən ölüb

Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən bildiriblər.

Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-si dünyasını dəyişib.

Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.