Tramp "Google"u seçkilərdə manipulyasiya etməkdə ittiham edib


Dünya 20 Avq 2019 08:48:00 218 0

Tramp "Google"u seçkilərdə manipulyasiya etməkdə ittiham edib

ABŞ prezidenti Donald Tramp "Google" şirkətini 2016-cı ildə keçirilən seçkilərdə manipulyasiya etməkdə ittiham edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb.

ABŞ prezidenti bildirib: "İndicə hesabat çıxdı! 2016-cı ildə keçirilən seçkilərdə "Google" manipulyasiya yolu ilə Hillari Klintona 2,6 milyondan 16 milyona qədər səs əlavə edib! Bunu Trampın yox, Klintonun tərəfdarı dərc edir! "Google" şirkətini məhkəməyə vermək lazımdır. Mənim qələbəm düşünüldüyündəndə böyük olub!".