İran XİN KXDRya ABŞa inanmamağı məsləhət görüb


Dünya 20 Avq 2019 08:28:00 200 0

İran XİN KXDRya ABŞa inanmamağı məsləhət görüb

İran xarici işlər nazirinin müavini Abbas Araqçı Koreya Xalq Demokratik Respublikasına ABŞ-a inanmamağı məsləhət görüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu A.Araqçı Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşü zamanı deyib.

A.Araqçı bildirib: "ABŞ Birgə Hərtərəfli Hərəkət Planından çıxdığında olduğu kimi, Şimali Koreya ilə danışıqlarda da göstərdi ki, danışıqlarda onlara inanmaq lazım deyil".

ABŞ İran və Şimali Koreya kimi müstəqil dövlətlərə qarşı əsas aləti sanksiyalardır deyən XİN rəhbərinin müavini qeyd edib ki, sanksiyalar iki dövlətin iradəsini sarsıda bilmədi.