Rusiyada iki kosmik aparatdan informasiyanın qəbulu üzrə eksperiment həyata keçirilib


Digərləri 20 Avq 2019 07:11:00 169 0

Rusiyada iki kosmik aparatdan informasiyanın qəbulu üzrə eksperiment həyata keçirilib

Rusiya Kosmik Fəaliyyət üzrə Dövlət Korporasiyası (Roskosmos) eyni anda iki kosmik aparatdan informasiyanın qəbulu üzrə uğurlu eksperiment həyata keçirib.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət eyni vaxtda bir neçə kosmik aparatdan məlumatların qəbuluna imkan verən "Multiple Spacecraft Per Aperture" (MSPA) texnologiyasının tətbiqindən gedir.

Məlumata görə, eksperiment zamanı informasiya "ExoMars-2016" missiyasının "TGO" (Trace Gas Orbiter) orbital modulu və Avropanın "Mars Express" kosmik aparatından daxil olub. Hər iki peyk Qırmızı planetin tədqiqi ilə məşğuldur.

Eyni anda iki peykdən göstəricilərin qəbulu üçün Rusiya elmi informasiya qəbulu kompleksi cəlb olunub.

Eksperimentdən məlum olub ki, eyni anda bir neçə peykdən informasiyanın qəbulu Rusiyanın yerüstü infrastrukturunda əlavə təkmilləşdirmə işləri aparılmadan onun əsasında uğurla həyata keçirilə bilər.

(adsgarden = window.adsgarden || []).push({});