Ərəb koalisiyası Yəmənin şimalında husilərə zərbələr endirib


Digərləri 20 Avq 2019 07:15:00 179 0

Ərəb koalisiyası Yəmənin şimalında husilərə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə zərbələr endirib

Bakı. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının təyyarələri Yəmənin şimalında husilərin mövqelərinə zərbələr endirib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hava zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanının şərqində neft yatağına və neft emalı zavoduna etdikləri hücuma cavab olaraq həyata keçirilib. Məlumata əsasən, qırıcı təyyarələr husilərin mövqelərinə 5 hava zərbəsi endirib. Zərbələr nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.