Günün qoroskopu: ənənəvi işlərlə məşğul olanda diqqətli və ehtiyatlı davranın


Digərləri 20 Avq 2019 00:01:00 222 0

Günün qoroskopu: ənənəvi işlərlə məşğul olanda diqqətli və ehtiyatlı davranın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək. Maddi və fiziki resurslarınızı tükətməyin. Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz. Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır. Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun.

Buğa - günün ilk yarısı fəaliyyət sahəsini seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq. Fəaliyyət prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri əvvəlcədən proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz. Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın. Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin yollarını arayın.

Əkizlər - günün ilk yarısında həyatınızda köklü dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli olun, kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər kənara çıxmaq olar.  Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək olar. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Əhvalınızın pis olduğu durumda nəyinsə müzakirələrinə başlamayın. Gərəksiz sözlər deməyinizin riski artıb. Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Xərçəng - uğurlu zamandır. Azad fəaliyyət qrafikini seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri dəyərləndirin və təhlil edin. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Əsas işi qulaqardına vuraraq ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmayın. Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən həzz almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün planlarınızı sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.  Fiziki təmrinlərdə xeyir var. Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr edin.

Şir - daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın. Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun. İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər. Axşam saatlarında açıq havada gəzintinin xeyri var. Səhhətinizə diqqət verin. Ənənəvi, faydalı vərdişlərinizi unutmayın.

Qız - ənənəvi fəaliyyət müstəvisindən bir qədər kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə yanaşı, zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən problemlərin həlli çətin deyil. Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü azaltmaq olar. Bunun yolları da bəllidir. Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir edəcək. Axşam saatlarını açıq havada keçirin.

Tərəzi - ünsiyyətdə aktiv olun. Təkliyə can atmayın, tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan kənar qalmaq deyil. Səs-küylü ortamda başınız ağrıyacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın. Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar arayın. Həyat məğlubları sevmir.  Axşam saatlarını sevdiyiniz insana həsr edin. 

(adsgarden = window.adsgarden || []).push({});