13 yaşlı uşaq benzindən zəhərləndi


Digərləri 19 Avq 2019 23:55:00 221 0

13 yaşlı uşaq benzindən zəhərləndi

Qaxda 13 yaşlı uşaq benzindən zəhərlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şotavar kəndində baş verib.

Belə ki, kənd sakini 2006-cı il təvəllüdlü Babazadə Nihad Namiq oğlu zəhərlənmə əlamətlərilə Qax rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona benzin buxarından zəhərlənmə diaqnozu qoyulub. Xəstənin yaxınlarının dediyinə görə, Nihadın üstünə benzin atılıb və bundan zəhərlənib.

Xəstənin vəziyyəti kafidir, müalicəsi davam etdirilir.