Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 19 Avq 2019 23:58:00 245 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.