İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus


Digərləri 19 Avq 2019 22:44:00 398 0

İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus

Kaktus ən çox yayılmış dibçək bitkilərindən biridir. Onun müxtəlif formalı boz tikanlı növləri var. Az qulluq tələb edən dibçək gülü hesab edilir, düşdüyü şəraitə dərhal uyğunlaşır. Görkəmi cəlbedici olmasa da, evdə atmosfer yaradılmasında və sakinlərin sağlamlığında müsbət rola malikdir. Səhra bitkisi olduğuna görə istiyə davamlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, orta əsrlərdə kaktus avropalılar üçün ekzotik bitki sayılırdı. Amerika qitəsində onu atsek mədəniyyətini bir hissəsi hesab edir və meyvələrini yeyərək bəzək bitkisi kimi bağlarda əkir, şəfa vasitəsi kimi istifadə edir və sehrli gücünə inanırdılar. Hətta onu qapı və pəncərəyə qoymaqla özlərini müəyyən qüvvələrdən qoruduqlarını güman edirdilər.

Kaktus vegetativ üsulla - kökündən cavan bitkiləri ayırmaqla çoxaldılır. Kökündən ayrılmış kaktus digər dibçəklərdə dərhal böyüməyə başlayır. Suya çox ehtiyac duymur, buna görə də onu torpaq həddindən artıq quruduqdan sonra sulamaq lazımdır. Yaz aylarında gübrələnən kaktuslar uzun müddət çiçəkləyir. İşıqlı məkanları sevir.

Dibçəkləri soyuq günlərdə mütləq temperaturu 15-16 dərəcədən aşağı olmayan otaqda saxlamaq lazımdır. Bitkinin yeri işıq və kölgə sevən xüsusiyyətindən asılı olaraq seçilir. İsti aylarda gülləri açıq havada günəş işığı düşən yerə qoymaq məsləhətdir.

(adsgarden = window.adsgarden || []).push({});