C vitamini deposu limon qabığının 10 faydası Xərçəngə qarşıdır


Digərləri 19 Avq 2019 22:49:00 367 0

C vitamini deposu limon qabığının 10 faydası  Xərçəngə qarşıdır

C vitamini deposu limonu bəh-bəhlə istifadə edirik. Lakin çox zaman qabığını atıb, lətini yeyirik.

Son.az medicina.az-a istinadən limon qabığının heç eşitmədiyiniz faydalarını təqdim edir.

• Limonun meyvəsi qədər qabığı da antioksidant mənbəyidir. Qabığında olan minerallar, vitaminlər, lif, antioksidant quruluşa malik karotenoidlər, efir yağlar və polifenol maddələri bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Ancaq kalsium səviyyəniz aşağıdırsa, böyrəklərinizdə oksalat duzu varsa və yaxud daha əvvəl olubsa, mütləq həkiminzlə məsləhətləşin.

• Limon qabığının tərkibində A, C, B6, B1, B12 vitamini, kalsium, kalium, fosfor, sink, dəmir, pantoten turşusu var.

• Rəndələyib, çayınıza, şirniyyatlarınıza və salatların içinə ata bilərsiniz.    DİŞ ƏTİNİ GÜCLƏNDİRİR

Limon qabığı C vitamini çatışmazlığından yaranan diş əti probleminə qarşı əlverişli üsuldur. C vitamini Skorbit xəstəliyinin yaranmasını əngəlləyir. Bu xəstəlik zamanı diş ətlərində iltihab və qanama müşahidə olunur. Limon və qabığı bu xəstəliyin yaranmasının qarşısını alır.

QARACİYƏR YAĞLANMASINI AZALDIR

Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün əvəzedilməzdir. Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırır və bəlğəm sökdürücü təsiri vardır. Tərkibində olan maddələr sayəsində qaraciyəri yağlanmadan qoruyur.

• Limon qabığı tərkibindəki pektin, efir yağları və PMF (polimetoksillənmiş flavonlar) sayəsində xolestrol, trigliserid səviyyəsini, qaraciyər yağlarını azaldır.    BAĞIRSAQLARI QORUYUR

(adsgarden = window.adsgarden || []).push({});